“Sən ruhumun sarayısan ey Vətən, Azərbaycan-vüqarımsan ey Vətən!” mövzusunda görüş
Dekabrın 12 - də məktəbin psixoloqu Nağıyeva Ruhiyyə VIII ”A” sinif şagirdlərinin iştirakı ilə onlayn formada “Sən ruhumun sarayısan ey Vətən, Azərbaycan- vüqarımsan ey Vətən!” mövzusunda görüş təşkil etdi. Görüşdə qeyd olundu ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatından 17 il keçiməsinə baxmayaraq, Ümummilli Liderin xatirəsi hər il ehtiramla yad edilir. Onun vəsiyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerinə yetirərək müzəffər ordumuz və xalqın dəstəyi ilə dövlətimizin ərazi bütövlüyünü bərpa etdi. Sonda təqdimat nümayiş olundu.