"Kəskin respirator virus infeksiyaları və onlardan qorunmağın yolları" mövzusunda seminar
Fevralın 28 - də məktəbdə "Kəskin respirator virus infeksiyaları və onlardan qorunmağın yolları" mövzusunda seminar keçirildi.Seminarda 8 № BUX- nın şöbə müdiri Abdullayeva Adilə, pediatr Allahverdiyev Gülağa, məktəbin tibb bacıları Quliyeva Püstə və Şəfaqətova Simuzər "Kəskin respirator virus infeksiyaları və onlardan qorunmağın yolları" haqqında söhbət apardılar. Şagirdləri və valideynləri maraqlandıran sualları cavablandırdılar.