"Xocalı Faciəsi" nə həsr olunmuş dərslər

"Məktəbin illik fəaliyyət planı" na əsasən "Xocalı Soyqırımının 28 - ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam edir." Fevralın 26 - da ilk dərslər "Xocalı Faciəsi" nə həsr olundu. Dərslərin keçirilməsi "Qan yaddaşımız" ın unudulmamasına, şəhidlərin daima yad edilməsinə və şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Dərslərdə Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açılıb. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından, soyqırımı törədənlərin vəhşi və qeyri-insani xislətindən bəhs olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi