Məktəb və müəllimin gənc nəslin tərbiyəsindəki rolu danılmazdır.
İnsan özünü dərk etdiyi gündən həyat yolunu seçməli, seçdikləri naminə mübarizə aparmalı,məqsədinə çatmaq üçün fədakarlıq göstərməlidir. Bunları əldə etmək üçün bizə yardımçı və istiqamət verən bir məkan,daim bizi xoş gələcəyə səsləyib, keçmişimizi xatırladıb bu günümüzlə yaşayan insanlar olmalıdır. Bu məkan – məktəb, bu insan – müəllimdir. İlk dəfə məktəbə addım atan hər bir şagird yeni həyata atıldığını dərk edir. Bu baxımdan məktəb və müəllimin gənc nəslin tərbiyəsindəki rolu danılmazdır. “Gənc Heydərçi “lər vətənpərvər olacaqlarına öz kiçik qəlblərində and içirlər. Əgər məktəb qapısının astanasında şagirdlər bu hissi yaşayırlarsa,deməli,təhsil aldıqları məktəbdə xalqın vətənpərvər ruhlu şagirdləri yetişir.