STEAM layihəsinin tətbiqi ilə bağlı görüş
Yanvarın 29 - da məktəbdə STEAM layihəsinin tətbiqi ilə bağlı görüş keçirildi. Azərbaycan Respublikası Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva və layihənin rəhbəri İqrar Nəzərov STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, söhbət apardılar. Gələn nümayəndələr müəllimlərin layihə ilə bağlı problemləri ilə maraqlanıb, layihənin gələcək inkişafı yönümündə dəyərli tövsiyələrini verdilər.