"Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi
Yanvarın 9 - da məktəbdə "Ədəbiyyat biliciləri" müsabiqəsinin məktəb mərhələsi keçirildi. İştirakçıların ədəbiyyatla bağlı biliklərini qiymətləndirmək məqsədilə onlara suallar və test tipli tapşırıqlar təqdim olundu. Məktəb üzrə 3 ən yüksək nəticə göstərən şagird növbəti mərhələyə vəsiqə qazanacaq.