6 Aprel - Ümumdünya Fiziki Aktivlik Günü.

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində insanlar daha çox oturaq həyat tərzi keçirir, bu da nəticədə qeyri-infeksion xəstəliklərin inkişafına və ümumilikdə dünya əhalisinin sağlamlığına təsir edir. 2013-2015-ci illərdə “6 aprel – Ümumdünya Fiziki Aktivlik Günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Suraxanı rayonunda keçirilmiş gənclərin sağlamlıq festivalı ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bu aksiyalarda ictimaiyyət, xüsusilə gənclər arasında sağlam həyat tərzi təbliğ və təşviq edilib. Suraxanı rayonu Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "6 aprel - Ümumdünya Fiziki Aktivlik Günü" şüarı altında məktəblərarası idman festivalı keçirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi