Maarifləndirici seminar
Dekabrın 12 - də “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhəri 114 nömrəli tam orta məktəbdə “Psixoıogiyada temperamentin tipləri və onların psixoloji xarakteristikası” adlı maarifləndirici seminar təşkil olundu. Məktəblilərə mövzu ilə bağlı ətraflı məlumat verildi. Daha sonra şagirdlərə test tapşırıqları paylanıldı. Onlar bu metod vasitəsi ilə öz temperamentlərini öyrənib, güclü və zəif cəhətlərini ayırd etməyə çalışdılar.