Məktəbdə "Milli musiqi alətlərimizi əbədi yaşadaq " adlı tədbir keçirilib

Sabunçu rayonu 112 № -li tam orta məktəbdə bir-birini əvəz edən rəngarəng tədbirlər sırasına daha bir tədbir əlavə olundu. Yanvarın 26 -sında müəllimlərin və şagirdlərin təşəbbüsü ilə hazırlanmış tədbir keçirildi. Bu tədbir musiqi duyumu olan şagirdlərin öz fəaliyyətlərinin müxtəlif musiqi alətlərində,o cümlədən kamança, nağara, saz, qarmon və s. çıxışların nümayişi idi. Tədbir məktəbin direktoru Xədicə xanım Babayevanın açılış nitqi ilə başlandı. Xədicə xanım təşkilatçılarının bu gözəl təşəbbüsünü yüksək dəyərləndirdi. Məktəbdə bir-birindən maraqlı rəngarəng tədbirlərin keçirilməsinin artıq xoş bir ənənəyə çevrildiyini vurğuladı.O şagirdləri I yarımili müvəffəqiyyətlə başa vurduqları üçün təbrik etdi və olara II yarım ildə bu uğurlarını davam etdirməyi arzuladı. Tədbirin iştirakçılara bir-birindən maraqlı bədii, musiqili nömrələr şagirdlər tərəfindən səsləndirildi. Musiqili tədbir xoş diləklər və səmimi arzular əhval-ruhiyyəsi ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi