Zərərli vərdişlərə yox deyək !

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq fəaliyyət planının 1.1.16 bəndinə əsasən , Yeniyetmələr arasında narkomaniya və zərərli vərdişlərə meyllərin , hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində valideynlərlə seminar təşkil etdi. Seminar məktəb direktoru , TTİ üzrə direktor müavini və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyevin iştirakı ilə baş tutdu.

Görüş çərçivəsində valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rolu və psixoaktiv maddələrin fəsadları barədə məlumatlılığın artırılması məqsədilə iştirakçılara, narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verilib.

Sonra iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

#elmvətəhsil

#bakueduaz

#bşti

#sağlamtəhsilmühiti

#valideynövladməktəb

#112məktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi