Məktəbimizdə “Dəyərlərimizi qoruyaq ”adlı tədbir keçirildi

15 mart 2024-cü il tarixində “Dəyərlərimizi qoruyaq ”adlı tədbir keçirildi. Xalqımızın əziz, sevimli bayramı olan Novruza həsr olunmuş "Novruz adətləri" mövzusunda tədbir keçirilib.

Tədbirin keçirilməsində məqsəd milliliyin, milli-mənəvi dəyərlərin təbliği, milli bayramlarımızın qeyd olunması ilə xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və şagirdlərə aşılanmasıdır.

Tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında çıxışlar edilib. Şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid şeirlər səsləndirib, səhnəciklər, rəqslər nümayiş etdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi