"İmtahan bizim üçün nədir ?"

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq 9-cu sinif şagirdləri ilə imtahan həyəcanının aradan qaldırılması yönündə seminar-test sorğu təşkil etdi. Seminarda ilk olaraq şagirdlər həyəcan səviyyələrini 10 ballıq şkala ilə dəyərləndirdilər. Daha sonra abuturiyentlər "İmtahan bizim üçün nədir ?" - sualını cavabladılar. Hacılı Əliyeva Afaq İmtahan zamanı Tunel effektindən yayınmaq üçün gərəkli texnikaları şagirdlərin nəzərinə yetirdi, onların keçirdikleri həyəcanın normal olduğunu, düzgün yuxu rejiminin vacibliyi və bir sıra mühüm amillərə toxundu, əlavə olaraq yüksək stres vəziyyətini 10-15dəfə olmaqla, düzgün nəfəs texnikası ilə minimuma endirməyin qaydasını izah etdi. Şagirdlər düzgün nəfəs texnikalarını təcrübədən keçirdilər. Psixoloq daha sonra , lövhədə "İmtahan xəritəsi " qurdu, imtahanın əslində gündəlik həyatımızdakı asan davam edən proseslərdən heç də fərqlənmədiyini şagirdlərə vurğuladı. Sonda şagirdlər yenidən 10 ballıq şkala ilə imtahan həyəcanlarını dəyərləndirdilər. Şagirdlərin əvvəl və sonrakı dəyərləndirmələri arasındakı fərqlər müzakirə olundu, şagirdlər öz fikirlərini səsləndirdi, onların sualları cavablandırıldı.

Diaqnostikaya 9A, 9B 9C sinif şagirdlərindən 50 şagird cəlb olundu.

#Bakueduaz

#BakıTəhsilİdarəsi

#112məktəb

#psixoloq

#sağlamtəhsilmühiti

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi