" Siyasi Repressiya Qurbanları Muzeyi "

12.03.2024 - cü il tarixdə məktəbimizin tarix müəllimi Quliyeva Şahnazın təşkilatçılığı ilə 7- 11 sinif şagirdlərinin "Siyasi Repressiya Qurbanları Muzeyi" nə ekskursiya təşkil edilmişdir. Ekskursiyada məktəbin ədəbiyyat müəllimi Məmmədova Elnarə, UBR Məmmədova Aynurə də iştirak etmişdilər. Muzeyin ekspozisiyası Azərbaycan tarixinin ən acınacaqlı səhifələrindən, 1920–1950-ci illərdə SSRİ-nin yüz minlərlə ictimai xadim və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndəsinin, sıravi vətəndaşın siyasi repressiyalara məruz qoyulması ilə nəticələnən repressiv siyasətindən bəhs edir.Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bəzi sənədlər Rusiya arxivlərindən, Qazaxıstan "ALJİR" Siyasi Repressiya Muzeyi tərəfindən təqdim olunub. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu tərəfindən də kömək göstərilib. Muzeyin əsas zalında "Danışan sənədlər" adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920–1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi