" İmtahan həyəcanının dərəcəsi "

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq 11-ci sinif şagirdləri ilə imtahan həyəcanının aradan qaldırılması yönündə "İmtahan həyəcanının dərəcəsi " adlı seminar, test-sorğu təşkil etdi. Seminarda ilk olaraq şagirdlər həyəcan səviyyələrini 10 ballıq şkala ilə dəyərləndirdilər. Daha sonra abuturiyentlər "İmtahan bizim üçün nədir ?" - sualını cavabladılar. Test-sorğuda iştirak etdilər. Psixoloq İmtahan zamanı Tunel effektindən yayınmaq üçün gərəkli texnikaları şagirdlərin nəzərinə yetirdi, onların keçirdikleri həyəcanın normal olduğunu, düzgün yuxu rejiminin vacibliyi və bir sıra mühüm amillərə toxundu, əlavə olaraq yüksək stres vəziyyətini 10-15dəfə olmaqla, düzgün nəfəs texnikası ilə minimuma endirməyin qaydasını izah etdi. Şagirdlər düzgün nəfəs texnikalarını təcrübədən keçirdilər. Psixoloq daha sonra , lövhədə "İmtahan xəritəsi " qurdu, imtahanın əslində gündəlik həyatımızdakı asan davam edən proseslərdən heç də fərqlənmədiyini şagirdlərə vurğuladı. Sonda şagirdlər yenidən 10 ballıq şkala ilə imtahan həyəcanlarını dəyərləndirdilər. Şagirdlərin əvvəl və sonrakı dəyərləndirmələri arasındakı fərqlər müzakirə olundu, şagirdlər öz fikirlərini səsləndirdi, onların sualları cavablandırıldı.

Seminara 11A, 11B, 11C, 11Ç sinifi , 22 şagird cəlb olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi