"1 Mart Ümumdünya Mülki Müdafiə Günü"

Məktəbin illik fəaliyyət planının 1.4.21-ci bəndinə əsasən şagirdlərdə fövqaladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə "1 Mart Ümumdünya Mülki Müdafiə Günü" ilə əlaqədar sinif təşkilat saatları keçirilib.

Bu dərslərin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarətdir.Məktəbin direktoru Rövşən Qasımov şagirdlərə Ümumdünya Mülki Müdafiə Günü baş verən fövqəladə halların təsnifatı ilə bağlı geniş məlumat verdi.Həm təbii fəlakətlər ,texnoloji hadisələr,bioloji amillərin törədilməsi zamanı şagirdlərə xilasetmə üsullarından söhbət açdı və Azərbaycan respublikası və xüsusilə Bakı şəhəri üçün xarakterik olan fövqəladə hallar ilə bağlı şagirdləri məlumatlandırdı.Eyni zamanda 1Mart Ümumdünya Mülki Müdafiə Gününün bütün dünyada qeyd olunmasını bildirdi,və praktik olaraq şagirdlərə əleyhqazın geyinib, çıxarılma qaydalarını və eyni zamanda yanğından söndürmə vasitələrindən istifadə etmək qaydalarını izah etdi.

Dərslər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Məktəbdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim prosesi də həyata keçirilib. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdiriblər.

Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.#112nomrəlitamortaməktəb #mülkimüdafiəgünü #1mart

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi