" Həlqəvi qurdların həyat fəaliyyəti " haqqında maraqlı təcrübə apardılar

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 7 "Ç" sinfində biologiya müəllimi Məmmədova Leyla və laborantı Quliyeva Günelin təşkilatçılığı ilə " Həlqəvi qurdların həyat fəaliyyəti " haqqında maraqlı təcrübə apardılar.Müəllim şagirdlərə həlqəvi qurdların həyat fəaliyyəti haqqında məlumat verdi .
Şagirdlər həlqəvi qurdların nümayəndəsi olan soxulcan üzərində araşdırma apardı və soxulcanın hərəkətinə, bədəninin üzərində olan hiss orqanlarına baxdılar. Pinsetlə soxulcanın müəyyən hissələrinə toxunmaqla əzələlərin yığılması və pinsetə qarşı cavab reaksiyasını müşahidə etdilər. Dərs şagirdlər tərəfindən maraqla qarşılandı.