Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək, insanları həmin günü “Uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral tarixi “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb.

Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin 3ç sinfinin şagirdləri də bu günü bir-birinə kitab hədiyyə etməklə qeyd ediblər.Fəaliyyət maraqlı görüntülərlə yadda qalıb.

Sinif rəhbəri:Eminova Yeganə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi