Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq fevralın 1-də 2023/2024-cü tədris ilinin növbəti pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran məsələlər ilə yanaşı məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur. Həmçinin, qərara alınmışdır ki, növbəti günlərdə metodbirləşmə iclasları keçirilsin və ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Təhlükəsizliyin daha da artırılması isitqamətində əlavə işlərin aparılması tapşırılmış , məsul şəxslər təyin edilmişdir. Məktəb kollektivi həmin təlimatla tanış edilib.

#112mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Mekteb112 #Məktəb #Müəllim #Şagird #PedaqojiŞura #virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi