20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Yanvarın 19-da təsviri incəsənət müəllimi Sevinc Məmmədovanın təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçiriliməsində məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği və şagirdlərin istedadlarını üzə çıxarmaqdan ibarətdir.

Müsabiqədə iştirak edən şagirdlər rənglərin diliylə faciəni kağız üzərində əks etdirib, vətənimizə, dövlət rəmzlərimiz və vətənpərvərliyə aid rəsmlər çəkiblər.

Müsabiqənin nəticələrinə əsasən I, II, III yerləri tutmuş şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi