Pedaqoji Şura iclası keçirilib

08.01.2024-cü il tarixdə məktəbdə növbəti Pedaqoji Şura iclası keçirilib.Pedaqoji Şura iclasını məktəbin direktoru Rövşən Qasımovun çıxışı ilə başlandı. O, pedaqoji heyəti salamladı və gündəlikdə duran məsələlərlə bağlı kollektivi məlumatlandırdı.

Gündəlikdə duran əsas məsələlər:

1. Məktəbdə təlim-tərbiyə prosesinin keyfiyyəti.

2. Monitorinqlərin nəticələrinin təhlili.

3. Fənn müsabiqələri, fənn olimpiadaları.

4. Dərsdinləmələrin təhlili nəticələri.

5. Böyük summativ qiymətləndirilmənin keçirilməsinə dair komissiyanın yaradılması.

6. İcbari təhsilin təşkili, şagird davamiyyətinə nəzarətin gücləndirilməsi.

7. Valideyn-məktəb əlaqələri, təşkilati işlər, nümunəvi dərslərin təşkili və keçirilməsi, növbətçiliyin təşkili.

8. Cari məsələlər.

Sonda məktəbin direktoru kollektivi qarşıda duran vəzifələrə və verilən tapşırıqlara məsuliyyətlə yanaşmalarını tövsiyyə edərək, işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi