65 yaşınız mübarək əziz Dilşad müəllim!

Müəllimlik daim inkişaf edən, qocalmaq bilməyən peşələrdəndir.Dərin bilik, möhkəm bacarıq, yüksək tərbiyəlilik, insanları öyrətməyə gedən yol ilk əvvəl təlim-tərbiyədən keçir. Və bu işlərin əsas aparıcısı müəllimlərdir. Buna görə də müəllim əməyini yüksək qiymətləndirən Ümummilli lider Heydər Əliyev deyib, " Müəllim çox şöhrətli bir sənətdir. Həqiqi müəllim olmaq cəmiyyət üçün doğrudan da çox qiymətlidir."Bu günlərdə Azərbaycanın belə şöhrətli və çox qiymətli müəllimlərindən birinin, aydınlıq sabahlara işıq saçan Dilşad müəllimənin doğum günüdür. Gənc nəslin müstəqil həyata hazırlanmasında göstərdiyi şərəfli, fədakar əməyini əsirgəməyən, onların təlim-tərbiyəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirən Dilşad müəllimə- Sizi Ad gününüz münasibətilə təbrik edir və gələcək həyatında uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi