XALQA BAĞIŞLANAN ÖMÜR ADLI TƏDBİR KEÇİRİLDİ

XALQA BAĞIŞLANAN ÖMÜR ADLI TƏDBİR KEÇİRİLDİ

12.12.2023-cü il tarixində 112 nömrəli tam orta məktəb Ümummilli lider Heydər Əliyevin "Anım Günü"nə həsr olunmuş "Xalqa bağışlanan ömür" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Heydər Əliyevin həyat yolunu əks etdirən videoçarxlar nümayiş etdirildi.

Məktəbin direktoru Rövşən Qasımov Ulu öndərin həyat yolundan söhbət açdı. Şagirdlərin ifasında dahi şəxsiyyətə həsr olunmuş şeirlər, mahnılar səsləndirildi.

Rövşən müəllim öz çıxışında bildirdi ki, dahi şəxsiyyət, əbədiyaşar lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi xalqımızın qəlbində daim yaşayır və yaşayacaqdır!

#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #112nömrəliMəktəb

#HeydərƏliyev100

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi