Zəfər Gününə aid " Dəyirmi masa " keçirildi

27 Sentyabr Anım günü-8 Noyabr Zəfər günü ilə əlaqədar tədbirlər planına uyğun olaraq Azərbaycan dili və ədəbiyyatı müəllimi Qafarova Ulduz inteqrasiya olunmuş dərs təşkil etmişdir. Şuşa şəhəri gününə həsr olunmuş dərsdə Şuşa rayonunun görkəmli şəxsiyyətləri, ədəbi yazı nümunələri, adət-ənənələri haqqında geniş müzakirə və fikir mübadiləsi aparılmışdır.