Yeniyetmə yaş qrupuna aid olan şagirdlərin valdeynləri ilə görüş keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqları Səfərova Ülviyyə, Hacılı Əliyeva Afaq yeniyetmə yaş qrupuna aid olan şagirdlərin valdeynləri ilə görüşdülər. Görüşdə yeniyetməlik yaş dövranının böhranları xüsusiyyətləri, bu dövr ərzində şagirdlərə yanaşma şəkli, valdeyn - övlad , müəllim - şagird münasibətlərində öndə duran məsələlər çatışmazlıqlar haqqında məlumat verildi, müzakirələr aparıldı, daha sonra reproduktiv sağlamlıq nədir ? Reproduktiv sağlamlıq haqqında məlumatlılığın artmasının vacibliyi haqqında , il ərzində reproduktiv sağlamlıqla bağlı şagirdlərlə proflaktik işlərin , keçirilən məşğələlər haqqında məlumat verildi.
Sonda şagirdlərdə müşahidə olunan, təlimdən geridə qalmağın önəmli səbəbi kimi diqqət əksikliyi hiperaktivlik sendromu, implusiv pozuntular haqqında məlumat və gərəkli tövsiyyələr verildi , valdeynlərin sualları cavablandırıldı . Psixoloqlar valdeynlərə məktəb üçbucağında ( müəllim , şagird, valdeyn əməkdaşlığında ) aktiv iştirakları üçün təşəkkür etdilər.