Pedaqoji Şuranın iclası keçirildi

Pedaqoji Şuranın iclası keçirildi

Noyabrın 16-da məktəbdə Metodiki Şuranın növbəti iclası keçirildi. İclası çıxış sözü ilə məktəbin direktoru Rövşən Qasımov açaraq öz təlimatlarını bildirdi. İclasda təlim-tərbiyə işlər üzrə direktor müavini Lətifə Mustafayeva və fənn metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak etdi. İclasda direktor Rövşən Qasımov çıxış edərək müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, fənn aylıqlarının təşkili məsələlərinə toxundu, eyni zamanda V siniflərdə Ana- dili ,riyaziyyat və ingilis dili fənni üzrə məktəbdaxili monitorinqin nəticələri müzakirə olundu.

#112mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #MetodikiSeminarlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi