"Mən kiməm?"

Ümumtəhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə,

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq VIII-IX siniflərində Reproduktiv Sağlamlıq mövzusunda məşğələlər təşkil etmişdir.

İlk məşğələ 3noyabr 2023-cü il tarixində 8C, 8Ç sinifləri ilə baş tutdu. "Mən və Mənim əhatəm" məşğələsi "Mən kiməm?" fəaliyyəti ilə başladı, dostluğun onlar üçün əhəmiyyəti , dosta və dostluğa verilən tələblər, yeniyetmə oğlan və qız arasında dostluq münasibətlərinin mahiyyəti aydınlaşdırıldı. Sinif daxilində adları yazılmış kağızların qarışdırılması ilə özləri haqqında fikirlərlə tanış olan şagirdlərin razılığı və narazılığı ilə bağlı diskussiya aparıldı. Psixoloq məşğələnin sonunda şagirdlərə aktiv iştirakı üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi