Reproduktiv sağlamlıq

02.11.2023-cü il tarixində Akademik X.Yusifzadə adına112 nömrəli tam orta məktəbin psixoloqları Səfərova Ülviyyə, Hacılı Əliyeva Afaq tərəfindən 8,9 -cu sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi.Görüşdə Biologiya müəllimi Hacıyeva Qənirə, məktəbin tibb bacısı Aşumova Tükəzban iştirak etdilər.Görüşün məqsədi cinsi yetişkənlik dövrünə qədəm qoymuş uşaqların problemləri barədə maarifləndirici söhbətlər aparmaqdan ibarətdir.İclasda müzakirə olunan suallar:Valideynlər və onların övladları yeniyetməlik dövrünün böhranını necə qarşılamalı?Bu böhran zamanı münasıbətləri,qarşılıqlı anlaşmanı və inamı necə qorumalı?Yeniyetmələrlə reproduktiv sağlamlıq,əks cinslər arasında münasibətlər barədə necə danışmaq lazımdır?

Bu sallar ətrafında valideynlərlə müzakirələr aparıldı.Sonda valideynlərə 2023-2024-cü tədris ili ərzində"Reproduktiv sağlamlığa"dair metodik vəsaitdə verilmiş mövzular üzrə şagirdlərlə keçirəcəyimiz. maarifləndirici tədbirlərin mövzuları haqqında məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi