" Uşaq hüquqları aylığı" çərçivəsində debat təşkil olundu

"Uşaq hüquqları aylığı" çərçivəsində debat təşkil olundu.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən hər il olduğu kimi, bu il də Uşaq hüquqları haqqında Konvensiyanın (1989) qəbul edilməsinin ildönümü ərəfəsində ölkəmizdə “Uşaq hüquqları aylığı” (20 oktyabr - 20 noyabr) elan edilmişdi.

Aylıq çərçivəsində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Ş. Aslanova və tarix müəllimi Quliyeva Şahnazın təşkilatçılığı 9b sinif şagirdlərinin iştirakı ilə debat keçirildi.

Debat zamanı şagirdlər uşaqların yaşamaq, təhsil, iştirak, müdafiə, inkişaf hüquqları və bu hüquqların həyata keçirilməsi ilə bağlı maraqlı diskussiya aparmış, ölkəmizdə, uşaq hüquqlarının qorunması və təşviqi sahəsində görülən işlərdən bəhs edilib. Sonda bildirildi ki, uşaq hüquqlarının tam təmin edilməsi ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər uşaq hüquqlarının effektiv təmini və təbliğinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi