" Mən və mənim əhatəm "

03.10.2023 -cü il tarixində Akademik X.Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Səfərova Ülviyyə 8A,8B sinif şagirdləri ilə "Mən və mənim əhatəm" mövzusunda məşğələ keçirdi.Məşğələ "Mən kiməm?"fəaliyyəti ilə başladı.Bunun üçün şagirdlər sinif yoldaşlarının adı yazılmış blankda həmin şagird haqqında suallar əsasında qısa xsiyyətnamə yazır.Daha sonra şagirdlər öz vərəqləri ilə tanış olub bu haqda fikirlərini bölüşür.Məşğələnin sonrakı mərhələsində şagirdlər"Dostluğun onlar üçün əhəmiyyəti","Dostluğa verilən tələblər"mövzusunda diskusiya və müzakirələr apardılar.