" Torpaq-üstündə ölən varsa,Vatandir! ”

Sabunçu rayonu 112 nömrəli tam orta məktəbdə "27 sentyabr Anım günü və 8 noyabr Zəfər Günü” ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Torpaq-üstündə ölən varsa,Vatandir!” adlı tədbir keçirildi.

Şagirdlərimiz çıxış edərək,Azərbaycanın igid oğullarının şərəfli döyüş yolu haqqında fəxrlə,qürurla söhbət açdılar.

Təlim- tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva və Kiçik Akademiyanın birgə təşkilatçılığı ilə keçirilən möhtəşəm tədbir,qonaqların və digər tədbir iştirakşılarının alqışları ilə qarşılandı.

Məktəbin direktoru Rövşən Qasımov çıxış edərək, Qarabağın düşmən tapdağından qurtulması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyindən,rəşadətli Ordumuzun 44 gün ərzində mümkünsüzü mümkün edərək Azərbaycan xalqına həddi-hüdudu olmayan sevinc hissi yaşatdığından danışdı,Zəfər bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.

#ZəfərGünü #QalibAzərbaycan #Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi