" Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır! ”

Sabunçu rayonu Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə "8 noyabr Zəfər Günü” ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "Bütöv torpaq bütöv candır, bu can Azərbaycandır!”adlı tədbir keçirildi.

Tədbirdə məktəbin direktoru Rövşən Qasımov və Təlim- tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva iştirak etdilər. TTI üzrə direktor müavini Lətifə Mustafayevanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə şagirdlər Qarabağ iqtisadi rayonunun,bütövlükdə Azərbaycanın coğrafi quruluşu,torpağı,iqlimi və s.haqda maraqlı faktlarla çıxış etdilər.Bir birindən maraqlı musiqi nömrələri ilə çıxış edən şagirdlər öz mahnı,rəqs və ifalarında doğma Qarabağımızı vəsf etdilər.

#ZəfərGünü #QalibAzərbaycan #Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi