"Təhsilli qadın gələcəyin qarantıdır "

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin " 20 oktyabr -20 noyabr Uşaq hüquqları aylığına həsr olunmuş tədbirlərin fəaliyyət planı " və Psixoloqların fəaliyyət planına əsasən psixoloqlar, Hacılı Əliyeva Afaq , Səfərova Ülviyyə " Erkən nikaha son deyək" , "Məişət zorakılığı gündəmin aktual məsələsi kimi" "Təhsilli qadın gələcəyin qarantıdır" başlığı altında 7, 8 9 -cu siniflərin şagirdləri ilə proflaktik , seminar -məşğələ təşkil etdilər. Görüşdə direktor Rövşən Qasımov , TT işləri üzrə direktor müavini Lətifə Mustafayeva, Sinifdənkənar işlər üzrə təşkilatçı Şəmsiyyə Aslanova iştirak etdilər, mövzu ilə bağlı önəmli məsələləri işiqlandırdılar , direktor xüsusilə qız şagirdlərinə təhsilin önəmli olduğunu " 1 oğlana təhsil verməklə bir təhsilli gənc , 1 qıza təhsil verməklə isə bir təhsilli nəsil qazanmış oluruq" ifadəsinin önəmini vurğuladı. Psixoloq Səfərova Ülviyyə erkən nikahın fəsadlarından , uşaqların hüquqlarının əllərindən alınmasının geniş şəkildə izahını verdi , bununla bağlı videoçarxlar nümayiş olundu, şagirdlər əyani olaraq erkən nikahın fəsadları ilə tanış oldular . Psixoloq Hacılı Əliyeva Afaq öz növbəsində məişət zorakılığının eyni zamanda insan hüquqlarının tapdalanması , ümumiyyətlə zorakılığın qurbanı olan ailələrin psixoloji rifahının sağlamlığının pozulmasının şagirdlərimizdə yaratdığı fəsadlardan söhbət açdı, şagirdlərimizə təhsil almağın üstünlüklərindən, öz qərarlarımızı özümüzün normal yaş həddində almağımızın önəmindən danışdı. Psixoloqlar hazırladığı anket sorğu ilə şagirdlərin cavablarını dinlədilər, sonda şagirdlərin verdiyi suallara aydınlıq gətirildi. "Erkən nikaha son qoyaq " devizi ilə başlanan seminar "Təhsilli qadın gələcəyin qarantıdır " devizi ilə sonlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi