Təbiəti qoruyaq!

13 oktyabr tarixində akademik Xoşbəxt Yusifzadə adına 112 №-li tam orta məktəbdə Təbiəti qoruyaq! Təbiətin gücünü texnologiyaya tətbiq edək!” adlı tədbir keçirildi.
Tədbirdə 112 №-li tam orta məktəbin direktoru Rövşən Qasımov, təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva, dərnək rəhbəri Sevinc Məmmədova və şagirdlər iştirak etdilər.
Məktəbin direktoru Rövşən Qasımov şagirdlərə Azərbaycanın füsunkar təbiəti haqqında önəmli məlumatlar verdi və təbiəti qorumaq üçün bir sıra vacib addımlardan danışdı. Daha sonra layihənin təşəbbüskarı təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva çıxış etdi. O təbiət mövzulu dərslərin, tədbirlərin şagirdlər üçün xüsusi maraq kəsb etdiyini və məqsədin onlarda tədqiqatçılığın, layihə əsaslı işlərdə fəallığın inkişaf etdirilməsi olduğunu bildirdi. Tədbirdə təbiətin texnologiyaya inteqrasiya edilmiş dərs nümunəsi haqqında danışıldı. Daha sonra şagirdlər tərəfindən işlənilib hazırlanan təbiət mövzulu rəsm, divar kağızlarının, video təqdimatların nümayişi keçirildi. Şagirdlər öz təqdimatlarında, əl işlərində dünyaya hansı mesajları vermək istədikləri haqqında geniş məlumat verdilər.
Layihə rəhbəri:TTİ üzrə direktor müavini Mustafayeva L.N