"Psixi sağlamlıq nədir?"

10 oktyabr dünyada Psixi Sağlamlıq Günü kimi qeyd olunur. Bu gün 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan ümumdünya və beynəlxalq günlər siyahısına daxil edilib. ÜST-ün məlumatına görə hazırda dünyada 450 milyondan çox insan psixi xəstəliklərdən əziyyət çəkir.

Bu günün vəzifəsi psixi sağlamlıq probleminə yanaşmada dünya əhalisinin məlumatlılıq səviyyəsini yüksəltməkdir. Bu məqsədlə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq şagirdlərlə "Psixi sağlamlıq nədir?" mövzusunda profilaktik görüş təşkil edib. Fəaliyyətə 150 şagird cəlb olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi