4 Oktyabr Cəbrayıl şəhəri gününü qeyd etdilər

Sabunçu rayonu 112 nömrəli tam orta məktəbin şagirdləri qürur və fəxr hissi ilə sinif saatlarında 4 Oktyabr Cəbrayıl şəhəri gününü qeyd etdilər.
Xüsusi cidd cəhdlə,həvəslə hazırlaşan siniflərdən biri də Abdulova Fərqanə müəllimin rəhbərlik etdiyi 6 a sinfi idi.
Şagirdlərdən bir neçəsi fəxrlə:Müəllimə mən də Cəbrayıllıyam ,-deyərək,şeirlər söylədilər,Cəbrayılın alınması uğrunda canlarını fəda edən şəhidlərimizin igidliklərindən söhbət açdılar,azad olunmuş kəndlərin,qəsəbələrin adlarını birnəfəsə söylədilər.