Allah şəhidlərimizə rəhmət etsin!

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini və Kiçik Akademiyasının birgə təşkilatçılığı ilə tədbirlər planına uyğun olaraq məktəbdə 27 sentyabr Anım Günü tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Rövşən Qasımov 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsindən bəhs edərək bildirdi ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan qəhraman oğullarımızı heç vaxt unutmayacağıq.

Tədbirdə şagirdlər şeirlər səsləndirdilər, mahnılar ifa olundu

Allah şəhidlərimizə rəhmət etsin!

#QarabağAzərbaycandır! #KarabakhisAzerbaijan #AnımGünü #ŞəhidlərÖlməz #ElmvəTəhsilNazirliyi #BŞTİ

#KA

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi