15 Sentyabr Bilik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi

15.09.2023-cü il tarixdə 15 Sentyabr Bilik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Ardınca Vətən uğrunda canından keçən Şəhidlərimizin və Ümummilli lider Heydər Əliyevin əbədi, əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Rövşən Qasımov balaca fidanlarımızı salamlayaraq onlara bol-bol uğurlar və müvəffəqiyyətlər arzuladı.
Tədbir ərzində ilk gündə tədris olunan dərslərin I saatı "Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur" mövzusuna həsr olunması bildirilmişdir. Çünki Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın çiçəklənməsi üçün əlindən gələni əsirgəməmiş, qoyduğu təməlin uğurlu olması məhz şagirdlərimizə çatdırılmışdır.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayevada öz ürək sözlərini şagirdlərlə bölmüşdür.
Tədbir ərzində milli ruhda mahnılar səslənmiş, balaca fidanlarımız şeirlər söyləmişdir.
Tədbir ilk zəngin vurulması başa çatmışdır.
Hər bir şagirdimizi, kollektivimizi səmimi qəlbdən təbrik edir, yeni tədris ilində bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq!