l Pedaqoji şura iclası keçirildi

12.09.2023cü il tarixində 2023-2024 təhsil ilinin başlanması ilə bağlı pedoqoji şura iclası keçirilmişdir. İlk olaraq I pedoqoji şuranın iclası pedoqoji şuranın iclasında pedaqoji kollektivi müəssisə rəhbəri tərəfindən salamlanaraq və bir gün öncə 11.09.2023 tarixində keçirilən Bakı Təhsil İşçilərinin konfransından olan məsələlərə toxunuldu. Daha sonra pedoqoji heyətin sinif komplektləri, məktəb növbəliyi və dərs bölgüsü ilə məlumatlandırılmışlar və hər bir sinif rəhbərinin təyinatı səsləndirilmişdir. Eyni zamanda müəllimlərin proqramlarının, dərsliklərinin dəyişdirilməsi bağlı yəni keçən illə müqayisədə proqramlara dəyişikliklərin edilməsi, yeni proqramların metodi birləşmə sənədlərin hazırlanması məsələlərinə də toxunulmuşdur. Şagirdlərin geyim formaları ilə təmin olunması məsələlərinə də toxunulmuşdur. Eyni zamanda şagirdlərin tam şəkildə 100% dərsliklərlə təmin olunması məsələlərinə toxunulmuşdur. Hər bir müəllimin məsuliyyətli olmağı yeni tədris ilində tədrisi vəziyyətinin yaxşılaşdırılması ilə, tədrisin tamlığı ilə bağlı hər bir müəllimin tam səylə çalışması tövsiyyə olunmuşdur və keçən tədris ilində tədris ilinin sonu olaraq XI sinif məzunlarının qəbul faizləri siniflərə görə və məktəb üzrə açıqlanmış IX siniflərin qəbul faizləri isə məktəbə görə, IV siniflərin qəbul faizləri də məktəb və siniflərə görə açıqlanmışdır. Növbəti tədris ilində ilk olaraq sentyabrın axırında V siniflərdə azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərində monitoriqlərin keçirilməsi nəzərdə tutulmuşdur.Pedaqoji şura iclasında fənn olimpiadaları ,fənn müsabiqələri və Lütfi zadə adına məntiq olimpiadalarının məktəbdə yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirlərin görülməsi müəllimlərin qarşısında vacib məsələ olaraq qoyuldu.