“Yol hərəkəti qaydalarını bilirəm!”

Nərdivançı” sosial müəllim layihəsinin Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi və Avtosfer.az saytının informasiya dəstəyi ilə təşkil etdiyi “Yol hərəkəti qaydalarını bilirəm!” adlı maarifləndirici videoçarx müsabiqəsinin təltifetmə mərasimi keçirilib.
Bakı Şəhəri Ak.X Yusifzadə adına 112 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Əliyeva Vüsalə 1 b sinif şagirdləri ilə müsabiqədə iştirak edərək top 10-luqda qalib komandalar sırasında yer alıb.7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə müəllim və sinifi təmsil edən şagirdlər ,”Nərdivançı “-nın rəhbəri Elçin Abbasov , Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli ,Millət vəkilləri və qurumların səlahiyyətli şəxsləri tərəfindən təltif olunublar.Müəlliməmizə və əziz şagirdlərinə uğurlar arzu edirik