Pedaqoji şuranın iclası keçirildi

Pedaqoji şuranın iclası keçirildi.

Pedaqoji şuranın illik Fəaliyyət Planına uyğun olaraq iyunun 19-da 2022/2023-cü tədris ilinin yekunlarına həsr olunmuş cari dərs ili üçün sonuncu pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə duran əsas məsələlər, fənn metodbirləşmə sədrlərinin hesabatları dinlənildi, təlim tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayevanın hesabatı dinlənildi.Məktəb direktoru dinlənilən hesabatlara öz münasibətini bildirdi, il boyu keçirilən monitorinqlərin təhlili aparıldı və pedaqoji şuranın əsas məqsədi şagirdlərin sinifdən -sinfə keçirilməsi və eyni zamanda yay tapşırığı alan şagirdlərə ,yay tapşırıqlarının verilməsi,9-11 buraxılış siniflərinə attestatların verilməsi müəyyən olundu.Növbəti tədris ili üçün gündəlikdə duran məsələlərə toxunuldu və bu məsələlərin müzakirəsinə yer ayırdı.

#112mekteb #BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #pedaqojişura

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi