" Əvəzolunmaz Şəxsiyyət "

20.05.2023-cü il tarixində akademik Xoşbəxt Yusifzadə adına 112 №-li tam orta məktəbdə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Əvəzlolunmaz Dahi Şəxsiyyət” adlı tədbiri keçirilmişdir.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Neft şirkətinin1-ci vitse prezidenti akademik Xoşbəxt Yusifzadə, Sabunçu rayonu içra başçısı Adil Vəliyev, Bakı Şəhərüzrə Təhsil İdarəsinin məktəbdənkənar sektor müdiri Günay Qurbanova, Sabunçu rayon Yeni Azərbaycan partiyasının sədri Araz Xudatanov Sabunçu rayonu içra başçısının müavini Rəna Fərəcova ,Sabunçu rayonu Polis İdarəsi nin rəis müavini Sədi İsmayılov eyni zamanda Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin əməkdaşları ,müəssisə rəhbərləri şəhid ailələri qazilərimiz iştirak etmişdirlər.İlk öncə qonaqlar məktəbin foyesində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş rəsm əsərləri və əl işləri ilə tanış olmuşlar. Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu Öndərin 1 dəqiqəlik sükutla yad edilmişdir.Sonra məktəbimizin direktoru Rövşən Qasımov tədbirdə iştirak edən qonaqları və tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etmişdir.Ssenari çərçivəsində şagirdlər tərəfindən şeir və mahnı parçaları səslənmiş, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən video roliklər və şagirdlərin çıxışları təqdim edilmişdir.Çıxışlar zamanı Akademik Xoşbəxt Yusifzadənin çıxışı çox maraq doğurmuşdur.Xoşbəxt müəllim Heydər Əliyev ilə olan öz təsüratlarını qonaqlarla bölüşmüşdür və eyni zamanda 112№-li tam orta məktəbin məzunu olaraq bu məktəbdə olduğu üçün çox məmnun olduğunu bildirmişdir . Özünün məktəb illərindəki fəaliyyəti ilə bağlı fikirlərini tədbir iştirakcıları ilə bölüşmüş və neft sənayesində neft sahəsində Heydər Əliyev ilə bərabər əsrin müqaviləsi çərçivəsində olan müqavilələrdən ürək dolusu danışmışdır.Eyni zamanda Sabunçu rayon icra başçısı Adil Vəliyev bu gün keçirilən tədbirdən məmnun olduğunu bildirmişdir.Tədbir çərçivəsində Heydər Əliyevin 100 illiyi ilə bağlı bütün tədbir iştirakçılarını təbrik etmiş Heydər Əliyevin həyat və yaradıcılığında Xoşbəxt müəllimin danışdığı fikirlərin hər birinin ölkəmiz üçün xalqımız üçün önəmli olduğunu bildirmişdir.Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar sektorunun müdiri Günay Qurbanova da tədbir iştirakçılarını salamlamış ümümtəhsil məktəblərində ulu öndərin 100 illik yubleyinin davamlı şəkildə olduğunu bildirmiş 112№-li tam orta məktəbdə də Ulu Öndər Heydər Əliyevin xatirəsinə keçirilən tədbirdə iştirak etdiyi üçün məmnun olduğunu bildirmiş,tədbirin hazırlanmasında bütün məktəb kollektivinə öz dərin təşəkkürünü bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi