Məktəbdə IV pedaqoji şuranın iclası keçirildi

2 may 2023 cü il tarixdə Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə IV pedaqoji şuranın iclası keçirilmişdir.Pedaqoji şuranın çıxışı üzrə məktəbin direktoru Rövşən Qasımov açmışdır və gündəlikdə duran məsələlər V və X siniflərdə keçirilən monitorinqin nəticələrinin müzakirəsidir.Bilavasitə V siniflər Ana dili , Riyaziyyat və İngilis dili fənləri üzrə X sinif təmayül siniflərdə təmayül fənləri və adi siniflərdə isə Ana dili, Riyaziyyat İngilis dili və Ədəbiyyat fənləri üzrə təşkil olunmuşdur. V və X siniflərdə monitorinqin nəticələrinə direktor tərəfindən aydınlıq gətirilmişdir və müəllimlər arasında bu məsələlər müzakirəyə çıxarılmışdır.İkinci məsələ isə Ana dili və Riyaziyyat fənni üzrə tədrisinin vəziyyətinin yoxlanılması müzakirəsi olunmuşdur. Məktəb direktoru öz ifadəsində bildirmişdir ki , tədrisin vəziyyəti ilə bağlı Ana dili , Riyaziyyat fənnindən 14 dərs dinləmişdir.Dinlənilən dərslərdə və fəal təlim metodlarından əsaslanan dərs qaydalarının,yəni hansı qayda ilə tətbiq olunması üsulları üzərində çıxışlar etmişdir və gələcəkdə izlədiyi dərslərdə müəllimlərin keçirilən dərslərdə fəal olmaqlarını ,xüsusilə fəal təlim metodlarına əsaslanan dərslərin qurulmasında xüsusi hazırlıqlı olmalarını bildirmişdir.Üçüncü məsələ isə metodiki işin təşkili ilə bağlı olmuşdur və məktəb direktoru tərəfindən bildirilmişdir ki, metodiki işin təşkili, məktəb sənədləri və hər bir şagirdin ,o cümlədən müəllimlərin sənədləri tam qaydasında olmalıdır.Və ora daxil olan bütün sənədlər hər bir müəllimin siniflər üzrə sənədləşdirmə işləri və şagirdlərin sənədləri qaydasında olmalıdır.Və eyni zamanda bir çox məsələlərə toxunmuşdur.Summativlərin vaxtı -vaxtında yazılması,sinif jurnallarına sinif rəhbərləri tərəfindən tam nəzarət işləri tam qaydasında olmalıdır,eyni zamanda direktor tərəfindən bildirilmişdir ki, məktəbdə təlim -tərbiyə işləri yüksək səviyyədə olmalıdır.Nizam-intizam və təhlükəsizlik qaydaları müəllimlər tərəfindən hər bir müəllim tərəfindən şagirdlərə fərdi yanaşmaq qaydaları düzgün olaraq yerinə yetirilməlidir. Müəllim - valideyn münasibətləri normal olmalıdır.Və sonda Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı keçiriləcək tədbirdə görüləcək işlər və işçi qrupunun fəal olmasını tövsiyyə etdi.