Heydər Əliyev - 100

Ümummilli Lider Heydər Əliyevin100 illik yubileyi münasibətilə məktəbin kitabxana müdiri Mətanət Hacıyeva və Uşaq Birliyi rəhbəri Ziyafət Məmmədovanın təşkilatçılığı ilə kitabxanada V "B" və VI "B" sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti haqqında hazırlanan təqdimatlarla çıxış etdilər, şeirlər söylədilər.