VI A sinfində " Maqnit qarşılıqlı təsiri " mövzusunda açıq dərs keçirildi

17 aprel 2023 cü-il tarixdə VI A sinfində" Maqnit qarşılıqlı təsiri" mövzusunda açıq dərs keçirildi.Açıq dərsdə məktəbin direktoru Rövşən Qasımov,Təlim tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva iştirak etdilər. Dərsdə əsas məqsəd qarşılıqlı təsirlər və onların suallarla daha da ətraflı araşdırılması idi. İlk olaraq motivasiya üçün dəmir qırıntılarını ağ kağız üzərində hərəkət etdirən təsirin nə olduğu sualı verildi . Şagirdlərə dərsə maraq oyatma məsələsi bu sualla başladı.Onların fikirləri dinlənildi . Maraqlı fikirlərdən bəziləri qeyd edildi .Daha sonra slaydlarla nümayiş başladı və maraqlı suallar verildi.Maqnitlərdə nümayiş etdirildi. Məsələn: Nalşəkilli və düz maqnitlər .Onun nə üçün göy və qırmızı rəngdə olduğu açıqlandı.Və eyniadlı qütblər arasında itələmə, müxtəlifadlı qütblər arasında isə cazibə qarşılıqlı təsiri olduğu açıqlandı.Sonda məktəbin direktoru çıxış edərək şagirdlərə dərslərində uğurlar arzuladı.