VIII sinif şagirdləri Kimya fənnindən maraqlı təcrübə dərsi keçdilər

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Kimya fənnindən maraqlı təcrübə dərsi keçdilər.Təcrübədə KMnO4 + H2SO4 + C2H5OH ——> CH3COOH + MuSO4 + K2SO4 + H2O reaksiyası üzrə fikir mübadiləsi aparıldı. Lazım olan ləvazimatlar: Çini kasa , pipet , metal qaşıq. Maddələr: KMnO4 ( Kalium - Permanqanat , qatı sulfat turşusu , etil spirti) Bir qədər KMnO4 üzərinə bir neçə damcı qatı sulfat turşusu əlavə edirik, ekzotermik reaksiya başlayır,qarışığın üzərinə etil spirti əlavə etdikdə kalium permanqanat güclü oksidləşdirici olduğundan reaksiya partlayışla gedir . Nəticədə sirkə turşusunun qoxusu gəlməsi ilə onun varlığını hiss edirik.Yerdə qalan MnSO4 və K2SO4 duzlarının qarışığı uşaqlara göstərilir.Reaksiya yazıldı və əmsallaşdırıldı.Od olmadıqda laboratoriyada spirt lampasını alışdırmaq üçün də bu reaksiyadan istifadə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi