Biologiya dərsində " Görmə orqanı " adlı maraqlı təcrübə aparıldı

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin VIII Ç sinfində " Görmə orqanı " mövzusunda keçirilən dərsdə 2 şagird üzərində təcrübə aparıldı.Gözü bağlanmış şagird stolun üstünə qoyulmuş əşyaları böyükdən kiçiyə 25 saniyə ərzində düzdü.Gözü açıq şagird isə 2 saniyədə bu prosesi icra etdi.Təcrübə ilə şagirdlər görmənin həyatımızda nə qədər böyük rol oynadığını müşahidə etdilər.Müəllim: Hacıyeva Qənirə. Laborant: Quliyeva Günel