Aprel döyüşləri tariximizin şanlı səhifəsidir

Aprel döyüşləri tariximizin şanlı səhifəsidir

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi.

Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Məktəbimizin 8 B sinfində riyaziyyat fənnindən Aprel döyüşlərinə həsr olunmuş açıq dərs təşkil edildi.Dərsdə məktəbin direktoru Rövşən Qasımov və Təlim tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva iştirak etdilər. Şagirdlər mövzu ilə bağlı fikirlərini bildirdilər.Dərs şagirdlərin böyük marağına səbəb oldu. Sinif rəhbəri: Adıgözəlova Mənsurə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi