31 mart Azərbaycanlıların soyqırımı günü

31 mart Azərbaycanlıların soyqırımı günü

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər.Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.

1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.

1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Bu gün Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə də 1ci dərslər Azərbaycanlıların soyqırımı gününə həsr olundu.Məktəbin direktoru Rövşən Qasımov çıxış edərək bildirir ki erməni şovinisləri Azərbaycan xalqına qarşı əsrlər boyu soyqrım törətmişlər,1812, 1905,1915,1918,1920,1937,1948,1988 hətta 1992 ci ildə bu soyqrım hadisələrini törətmişlər və mənfur düşmən hər dəfə öz mifini həyata keçirmişdi və eyni zamanda Azərbaycan xalqının adət - ənənələri ni ,kulnariyasini ,mədəniyyətini ,tarixi abidələrini və bir çox Azərbaycanın tarixi mədəniyyətlərini öz adlarına keçirtmək istəsələr də bunların heç birinə nail ola bilməmişdirlər.Bu məsələlərdə Azərbaycan xalqı,ölkəsi, xüsusilə Azərbaycan respublikasının dövlət başçısı möhtərəm prezidentimiz və Ali Baş Komandanımız cənab İlham Əliyev hər zaman cəsarətli çıxışları ilə bütün dünya ölkələri qarşısında Azərbaycan xalqının nəyə qadir olduğunu bildirmişdir. Və 2020 ci- ildə Azərbaycan xalqının,ordusunun düşmənə qalib gəlməsi və ərazi bütövlüyünün bütövlükdə azad olunması , əlbəttəki xalqımızın ən tarixi anlarından biri olmuşdur. Müəllimlərə şagirdlərə amansızlığına və miqyasına görə bəşər tarixində ən böyük faciələrdən biri olan 31 mart günündən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi