İmtahan qabağı IX siniflərlə görüş keçirildi

Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbin psixoloqu Hacılı Əliyeva Afaq aprelin 9-u keçiriləcək 9-cu siniflərin buraxılış imtahanı ilə əlaqəli olaraq 9-cu siniflərlə görüşdü. Baş tutan görüşdə məktəb direktoru Rövşən Qasımov şagirdlərə təlimat və tövsiyylərini verdi, onların bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəklərindən əmin olduğunu bildirdi, daha sonra Təlim-Tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva imtahanla bağlı vacib amilləri şagirdlərin diqqətinə çatdırdı, onlara şans dilədi. Psixoloq Hacılı Əliyeva Afaq "İmtahanda Stres və Həyəcanın İdarə Olunması" mövzusunda şagirdlərlə psixomaarifləndirici söhbət apardı, imtahanda şagirdlərin köməyinə çatacaq bir sıra texnikaları onların nəzərlərinə yetirdi, motivasiyalarının artmağına səbəb olan video və slaytlar nümayiş olundu, imtahanın adi hadisələrdən fərqinin olmadığını izah edən "İmtahan xəritəsi" quruldu. Sonda psixoloq şagirdlərin suallarını cavabladı.