Novruzun axırıncı çərşənbəsi – İlaxır çərşənbə qeyd edildi

Novruzun axırıncı çərşənbəsi – İlaxır çərşənbə qeyd edildi
Dostluq, həmrəylik və bolluq rəmzi olan Novruz bayramı ölkəmizdə həmişə təntənə ilə qeyd edilir. Bu gün Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli tam orta məktəbdə ilaxır çərşənbəsi qeyd edildi. Şagirdlərin ifasında şeirlər, mahnılar səsləndirildi. Maraqlı səhnəciklər, rəqslər təqdim edildi. Novruzun əsas personajlarından Bahar qızının təbriki, Kosa və Keçəlin şirin, məzəli oyunları, yumurta döyüşdürmələri, şagirdlərin milli adət-ənənələrimizi öyrənib təqdim etməkləri hər kəsdə xoş əhval-ruhiyyə yaratdı.
Məktəbin direktoru Rövşən Qasımov bayram münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edib, onlara ən xoş arzularını çatdırdı.
#BakıTəhsilİdarəsi #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Şagird #ElmvəTəhsilNazirliyi #BŞTİ #112nömrəliMəktəb